Kanada-2016: Yarışa ilkin hava proqnozu

Kanada Qran Prisi üçün çempionatın rəsmi meteoroloqlarının tərtib etdikləri ilk hava proqnozu dəyişkən hava vəd edir və yağıntıları istisna etmir.

F-1.az trasın rəsmi səhifəsinə istinadən bildirir ki, cümə və şənbə günü havanın +22 dərəcə olması gözlənilir, yağışın yağma ehtimalı isə cəmi 20% təşkil edəcək. Amma bazar günü termometrlər +20 dərəcəni göstərəcəklər və aramsız yağışlar yağacaq.

Xatırladaq ki, keçən il Kanada Qran Prisinin bütün sessiyaları quru trasda baş tutmuşdu.

,