V.Bottas: “Williams-ın çempionluğu üçün vaxt lazımdır”

Mercedec komandasının yeni sürücüsü Valtteri Bottas inanır ki, Williams komandası növbəti illərdə yenidən qələbə və çempionluq uğrunda mübarizə apara bilər.

F-1.az xatırladır ki, Williams son qələbəsini 2012-ci ilin İspaniya QP-də Pastor Maldonado ilə, son poulunu isə 2014-cü ildə Felipe Massa ilə qazanmışdı.

Britaniyalılar 2014-cü ildəki yenidənqurma işlərindən sonra bir neçə dəfə podiuma yüksəlsələr də, qələbə qazana bilməyiblər.

2013-2016-cı illərdə Williams komandasında yarışan Valtteri Bottas isə Rosberqin istefasından sonra Mercedes-ə transfer olunmuşdu.

Valtteri Bottas: “Mənim üçün də, komanda üçün də əla öyrənmə müddəti oldu. Komandanın illər keçdikcə peşəkarlaşdığını hiss edirdim. Bəzən nəticəsi olmasa da, inkişaf etdiyinizi görürsünüz. Həmişə demişəm. Williams keçmişdə çoxlu çempionluqlar qazandı və yenidən qazana bilməməsi üçün səbəb yoxdur. Bunun üçün sadəcə vaxt lazımdır. İlk qələbəmizi və ya çempionluğumuzu bir yerdə ala bilməmək bizi məyus etdi, amma komandadakılar üçün ən yaxşısını arzu edirəm. Ümid edirəm ki, tezliklə çempion ola bilərlər”.

Xatlrladaq ki, Bottas Williams komandası ilə 77 yarışa çıxmış və 9 podium və 411 xal qazanmışdı.

Valtteri Bottas: “Williams üçün çox şey etdiyimi hiss edirəm. Ən azından əlimdən gələni etdim. Həmişə komanda oyunçusu olmağa çalışdım. Məqsədim komandam üçün maksimum xal yığmaq oldu. Bunun üçün çox tər tökdüm, mühəndislərlə işlədim və bazada çoxlu vaxt keçirtdim. Komandanı təkmilləşdirmək üçün hər şey etdim. Daha yaxşısını edə bilmək üçün geri bildirimləri ən sürətli və ən yaxşı formada verməyə çalışdım. Ümid edirəm ki, bunu bacarmışam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*