14 Noyabr 2019, Cümə axşamı - 14:51

N.Rosberq: “Mühərriyin gücünü artırmaq kömək etməyəcək”

N.Rosberq: “Mühərriyin gücünü artırmaq kömək etməyəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

16:59 - 27 May, 2016

Mercedes AMG komandasının sürücüləri Lyuis Həmilton və Niko Rosberq Daniel Rikkardonun sərbəst yürüşlərdəki performansından sonra bildiriblər ki, Red Bull komandası onlar üçün ciddi başağrısı ola bilər.

F-1.az xatırladır ki, Monakoda birinci sərbəst yürüşlərdə Mercedes sürücüləri ilk iki yeri tutsalar da, ikinci sərbəst yürüşlərdə Daniel Rikkardo ən sürətli sürücü olub. Rikkardonun göstərdiyi nəticə ən yaxın rəqibindən 0.6 saniyə üstün olub.

Mercedes AMG komandası həmişə sıralanma turunda mühərriyin gücünü artırır, ancaq Rosberq bu dəfə bunun kömək edəcəyindən əmin deyil: “Çox bəsitdir. Bu gün bizdən çox sürətli idilər. Təhlil edib, daha yaxşı nəticə göstərib-göstərə bilməyəcəyimizə baxmalıyıq.

Mühərriyin gücünü yenə artıra bilərik, ancaq bunu edib, 0.6 saniyə qabağa düşə bilmərik. Onların bu qədər sürətli olduğunu görmək bizi təəccübləndirdi. Onların bizə yaxın olmasını gözləyirdik, ancaq bu qədər sürətli olacaqlarını gözləmirdik. Görməli işlərimiz çoxdur.

Onlar bizim üçün çox ciddi təhdiddirlər. Bu gün sıralanma turu olsaydı, bizdən öndə olardılar və buna görə də performansımızı artırmalıyıq. Ancaq bu asan olmayacaq.

Red Bull çox sürətlidir, ancaq mən əminəm ki, biz yaxşı işlər görüb bolidi təkmilləşdirəcəyik. Bu bəs edəcəkmi? Bunu bilmirəm”.

Lyuis Həmilton: “Düşünmürəm ki, yaxşı dövrə vurmuşam. Buna görə də vaxtımı bir az da təkmilləşdirə bilərdim. Ancaq bu 0.6 saniyə olmazdı. Yenə də onlardan geri də olardıq. Amma onlar bizdən göründüyü qədər uzaq deyillər. Onlardan 0.1-0.2 saniyə geridəyik.

Onlar bizim üçün ciddi təhdiddirlər. Çox sürətlidirlər. Təəccüblənmədim, çünki burada əsas olan güc deyil və onlar həmişə güclü şassiyə sahib olublar. Bu qədər sürətli olmalarını gözləyirdikmi? Əlbəttə, xeyr. Bəlkə də gözləyirdik ki, onlar bizə çox yaxın olacaqlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 276
Teqlər , , , ,
Paylaş

logo