V.Bottas: “Köhnə mühərrik məni geriya saldı”

İspaniya Qran Prisinin sıralanma turunda 3-cü yeri tutan Valtteri Bottas bildirib ki, köhnə mühərrikdən istifadə etmək ona kömək etməyib.

F-1.az xatırladır ki, Barselonada sonuncu sərbəst yürüşlərdən əvvəl Bottasın mühərriyində su sızıntısı problemi yaşanmış və finlandiyalı sürücü köhnə versiya mühərriyə qayıtmalı olmuşdu.

Valtteri Bottas: “Üçüncü yerdən başlamağı həmişə sevmişəm. Əgər poul qazana bilmirəmsə, üçüncü yerdə olmağı daha çox istəyərəm. Bu həftəsonu ən yaxşı dövrəmi vura bilmədim və məyusam. Bundan başqa səhər köhnə versiya mühərriyə qayıtmaq performansımızı aşağı saldı. Yenə də bolidi vaxtında hazırladıqları üçün komandadakılara təşəkkür edirəm. Ümid edirəm ki, sabah rəqabətədavamlı olub, qələbə qazana bilərəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*