V.Bottas yeni müqavilə istəyir

Mercedes komandasının sürücüsü Valteri Bottas tezliklə yeni müqavilə bağlamaq istəyir.

F-1.az xatırladır ki, finlandiyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda başa çatacaq. Bəzi iddialara əsasən “gümüşü oxlar” növbəti mövsümdə onun əvəzinə Corc Rasseli gətirmək istəyir.

Valtteri Bottas: “Nə qədər tez olsa, o qədər yaxşıdır. Daha əvvəl gec müqavilə bağladığım olub, amma vaxt uzandıqca adamın diqqəti dağılır. Düzü, bu barədə çox düşünmürəm. Hazırda yarışlara fokuslanıram və müqavilə barədə danışacağımız vaxt da gələcək.

Avqust ayı müqavilə üçün son tarixdir, amma bu barədə düşünmək istəmirəm. Sadəcə yarış qazanmaq istəyirəm və ağlım hazırda oradadır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*