Kulthard FİA-nın məhdudiyyətlərini dəstəkləyib

Əgər Valtteri Bottas FİA-nın sürücülərin söz azadlığını məhdudlaşdırması ilə razılaşmırsa, keçmiş F1 sürücüsü Devid Kulthard federasiyanın bu qərarını dəstəkləyib.

F-1.az xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası sürücülərə FİA-nın icazəsi olmadan siyasi hadisələrə münasibət bildirməyi qadağan edib…

Devid Kulthard: “Bizim idmanımızı dünyada milyonlarla insan izləyir, ondan yaxşı bir iş görmək üçün platforma kimi istifadə etmək olar. Ancaq idmançılar olaraq çox şanslıyıq – başqalarının pulsuz edəcəyi işlərə görə bizə pul verilir. Bunu Oskardakı təşəkkür çıxışı ilə müqayisə etmək olar.

Hər kəs fürsətdən istifadə edib siyasi bəyanatla çıxış etsə, vəziyyət çox qarışıq olar. Beləliklə, ya hər kəslə və hər şey haqqında danışmaq lazımdır, ya da idmana diqqət yetirərək, ümumiyyətlə, heç nə deməmək daha yaxşıdır.

Mən başa düşürəm ki, söz azadlığını və çox vacib olan hər şeyi təbliğ edən insanlar var, amma bizdə söhbət siyasi debatlardan yox, idman yarışlarından gedir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*