L.Həmilton: Gözləmirdik

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, sıralanma turunda ikinci yeri gözləmirmiş.

F-1.az xatırladır ki, “gümüşü oxlar” bütün həftəsonu ərzində asfaltla ilişmədə problem yaşayıblar. Lakin Həmilton üçüncü sərbəst yürüşlərdə özünə gəlməyə başlayıb və üçüncü olmuşdu. Sıralanma turunda isə əzəli rəqibi Maks Ferstappeni qabaqlayaraq, ikinci olub.

Lyuis Həmilton: “Bunu qətilikı gözləmirdim. Bu, bizim üçün əla nəticədir. Bütün həftəsonu ərzində problem yaşayırdıq. Lakin sakitliyimizi qoruduq və işlədik. Mümkün deyil sözünü unutduq. İki gün ərzində çox şey dəyişdi. Məncə, gecə yaxşı işləməyimiz də bizə kömək elədi. Komanda bədbin əhval-ruhiyyəyə düşmədi və yaxşı nəticə qazandıq.

İsti hava bizə kömək etmədi. Təkərləri qızdırmaq üçün ideal temperatur tapmaq çətindir. Bolidi anlamaq bizim üçün çətindir. O, həftəsonu ərzində ideal davranmadı. Valtterinin də onluğa düşməsi böyük inkişafdır.

Yarış tempimiz sıralanma tempimizdən üstündür. Vahid dövrədə liderdən çox geri qalsaq da, yarışda güclüyük. Ümid edirəm ki, sabah mübarizə apararıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*