A.Alunni Bravi: Bakıya qədər boş dayanmayacağıq

Sauber Qrupunun rəhbəri Alessandro Alunni Bravi bildirib ki, Avstraliya yarışında bəxtləri gətirməyib.

F-1.az xatırladır ki, Valtteri Bottas Ciddədəki yarışda 18-ci olub. Avstraliyada isə Çjou 9-cu olduğu halda, finlandiyalı pilot 11-ci yeri tutub.

Alessandro Alunni Bravi: “Əslində ilk qırmızı bayrağın vaxtına görə bəxtimiz gətirmədi. Hər iki maşınımız da onluğa düşmək üçün düzgün strategiyada idi. Ancaq qırmızı bayraq şansımızı korladı.

Həm Çjou, həm də Bottas səhv etmədilər. Çətin həftəsonunda iki xal yaxşı nəticədir. Bakıya qədər olan fasilədən maksimum istifadə edəcəyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*