Ş.Lekler: Sonluq pis oldu

Ferrari komandasının sürücüsü Şarl Lekıer Əbu Dabidəki 10-cu yerdən narazı qalıb.

F-1.az xatırladır ki, monakolu sürücü yarışa 7-ci yerdən başlasa da, iki pit-stoplu strategiya ilə getməli olub və sonda 1 xala razılaşıb. Gənc pilot bununla da turnir cədvəlində 5-ci yerdən 7-ci yerə geriləyib.

Şarl Lekler: “Dəlisov keçən çempionatın dəlisov sonluğu oldu. Mübarizə son yarışın son dövrəsinə qədər davam etdi. Bu, inanılmazdır. Formula1 bundan yaxşısını xəyal belə edə bilməzdi.

Bu, əladır. Maksı təbrik edirəm. O, əla yarışçıdır. Kartinqdən bəri onunla mübarizə aparırıq. Onun çox güclü olduğunu bilirəm. Dünya Çempionu olmalı idi. Bu, zamanın tələbi idi.

Lakin öz yarışım istədiyim kimi keçmədi. Virtual Təhlükəsizlik Maşını çıxanda strategiyanı dəyişmək istədik. Pitə getdik. Heyif ki, çox yer itirdim. Daha sonra da kompensə etmək mümkün olmadı. Tempim yox idi. Məyusam. Çempionatda 5-ci olan Karlosu təbrik edirəm. Ümid edirəm ki, gələn il çempionluğa oynayan maşınımız olar. Belə hallar indiki vəziyyətdə olsa yaxşıdır. Qələbəyə oynadığımız vaxtda olsa, kefimiz pozular”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*