R.Barrikello: “İstedadına görə Həmilton, hətta Senna və Şumaxeri də üstələyir”

Formula1-in sabiq pilotu Rubens Barrikello Lyuis Həmilton haqqında fikirlərini bölüşüb.

F-1.az bildirir ki, Rubensin fikrincə, britaniyalı pilot istedadına görə Senna və Şumaxerdən geri qalmır.

“İstedadına görə Həmilton Ayrton Senna və Mixael Şumaxeri də üstələyir. Onda çatışmadığı yeganə şey yetkinlik idi. İndi Həmilton yetkinləşib, siz artıq yekun məhsulu görürsünüz. Mən Braziliya Qran Prisində onun radio ilə danışığını dinləyirdim. O olduqca sakit formada, məlumatı aydın şəkildə ötürür, nəyə ehtiyacın olub-olmadığını bildirirdi.

İdeal pilot Aytronun ustalığı, Şumaxerin şücaəti və Həmiltonun koordinasiyasının birləşməsidir”, – deyə Barikello vurğulayıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*