T.Volff: Həmiltonu Halo xilas etdi

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Lyuis Həmiltonun həyatını Halo xilas edib.

F-1.az xatırladır ki, İtaliya yarışında Həmilton rəqibi Ferstappenlə təmas yaşamış və hollandiyalı pilotun bolidi tulllanaraq, Mercedes-in üstünə çıxmışdı. Beləliklə, Ferstappenin maşınının təkəri Həmiltonun dəbilqəsinə təmas etsə də, halo zərbəni öz üstünə götürmüşdü.

Toto Volff: “Halo Lyuisin həyatını xilas etdi. Yoxsa pis nəticələnə bilərdi.

Bir-birləri ilə yarışmağı bilməlidirlər. Ya rəqibinə yer saxlayarsan ya da qəza edərsən. Silverstounda bir tərəf dəhşətli dərəcədə tənqid olunmuşdu. Ümid edirəm ki, növbəti 8 yarışda 8 qəza izləmərik. İkisi də bir-birləri ilə sərt mübarizə aparmalıdır, amma qəza etməməlidirlər. Halo burada Lyuisin həyatını xilas etdi. Maks isə Ferstappendə qüvvətli zərbəyə məruz qaldı. İstəmirik ki, sonu pis bitsin”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*