24 Avqust 2019, Şənbə - 11:27

Rəsmən: Lyuis Həmilton Mercedes AMG-də qalır!

Rəsmən: Lyuis Həmilton Mercedes AMG-də qalır!

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:51 - 23 May, 2015

Mercedes AMG komandası bir az öncə təsdiq edib ki, Lyuis Həmiltonla üçillik müqavilə imzalanıb: f-1.az xatırladır ki, britniyalı sürücü indiki […]

Mercedes AMG komandası bir az öncə təsdiq edib ki, Lyuis Həmiltonla üçillik müqavilə imzalanıb: f-1.az xatırladır ki, britniyalı sürücü indiki komandasında 2018-ci ilin sonuna kimi qalacaq….

Lyuis Həmilton: “Mercedes mənim evimdir və mən çox xoşbəxtəm ki, daha 3 il burda qalacam. Bu şirkətdə hamı yarışları sevir, idarə heyətinin üzvlərindən tutmuş zavod işçilərinə kimi, hamının da məqsədi qələbə qazanmaqdır.

Hətta keçən il qazandığımız qələbədən sonra qələbə əzmkarlığı bizi tərk etməyib – mən də növbəti qələbəyə hazıram. İndi çıxış etdiyim maşın karyeram ərzində əlimdə olan ən güclü maşındır. Hər yarış həftəsonu bu maşının sükanı arxasında işimdən ləzzət alıram.

Mercedes-Benz məni 1998-ci ildən dəstəkləyir və mən fəxr edirəm ki, yeni müqaviləm sayəsində 2018-ci ildə bizim əməkdaşlığın 20 illiyini birlikdə qeyd edəcəyik”.

Toto Volff, Mercedes-Benz Motorsport: “Sabitlik Formula1-də uğurun vacib faktırlarından biridir və indi biz sürücüheyətinin stabilliyini də təmin etdik. Lyuisin komandamızdakı keçənilki mövsümü tarixə yazılıb və 2015-ci ildə bizim məqsədimiz müqviləni uzatmaq idi.

Bizim kifayət qədər vaxtımız var idi, biz tələsmirdik. Uzun sürən danışıqların yekununda Lyuisin Mercedes-Benz brendi ilə əlaqələri daha da möhkəmlənəcək. Lyuisin trasda uğurları onun istedadından xəbər verir. Şəxsən mən çempionatın ən güclü sürücü dueti ilə əməkdaşlığı davam etdirməyimizə çox şadam – biz birlikdə tarix yazacayıq!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 407
Teqlər , , ,
Paylaş

logo