Toto Volff Bakıdakı mərhələni buraxacaq

Mercedes komandasının rəhbəri Toto Volff bu həftəsonu Bakıda keçirilən Azərbaycan Qran Prisini buraxacaq.

Yarışı buraxmasının rəsmi səbəbi açıqlanmayıb, lakin Mercedes-in başçısının Formula1 mərhələsində iştirak etməməsi ilk hal deyil. Təsdiqlənməmiş məlumata görə, Toto oğlu Ceki İtaliyanın Viterbo şəhərində keçirilən kartinq yarışında dəstəkləmək üçün bu mərhələni buraxır.

Bakıda Volffun vəzifələrini komandanın rəhbər müavini Bredli Lord yerinə yetirəcək.