T.Volff: “Yay tətilinə lider yollanana mükafat verilmir”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, yay tətilinə lider gedənə mükafat verilmir.

F-1.az xatırladır ki, Mercedes Avstriyada yarışında iki bolidlə birdən mübarizəni dayandıraraq, turnir cədvəlində Ferrari-nin gerisinə düşsə də, Almaniyada gözlənilmədən dubl edərək iki yarışdan sonra Mühəndislər Kubokunda liderliyi bərpa edib.

Toto Volff: “Bəxtsizlik limitimizi doldurmuşuq. Hokkenhaymda işlər yaxşı getdi və bu dəfə bəxtəvər tərəf biz idik. Mercedes-in doğma trasında yarışa 2-ci və 14-cü yerlərdən başlayıb dubl etmək əla nəticə idi. Buna görə də çox xoşbəxtik və komandanın əhvalını düzəltdik. Amma bolidi təkmilləşdirməliyik. Yoxsa yarış qazanmaq çətin olacaq. Yay tətilinə lider gedənə mükafat verilmir. Buna görə əlimizdən gələni edəcəyik. Macarıstanda Red Bull ön qrupa yaxın olacaq. Çox yaxın mübarizə gözləyirəm. Tras asfaltayatma qüvvəsi tələb etdiyi üçün iki komanda da bizdən güclü olacaq. Yarış gününə qədər işləməyə davam edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*