Volff: Vavlsın getməsi bizi zəiflətməyəcək

Mercedes-in başçısı Toto Volff əmindir ki, Williams-a rəhbərlik edəcək Ceyms Vavlsın gedişi ilə onun komandası zəifləməyəcək.

F-1.az xatırladır ki, Ceyms yeni təyinata qədər Volffun çempion komandasından baş strateq vəsifəsini icra edib.

Toto Volff: “Şirkət olaraq işçilərdən hər hansı birinin getməsinə həmişə hazır olmalıyıq – çünki onlar işlərindən həzz almağı dayandıra bilərlər və ya kimsə onlara daha yaxşı şərait təklif edə bilər. Bu halda biz heç nə itirmirik, çünki uzun illərdir ki, bu sahədə varisliyi planlaşdırırıq.

Biz uzun müddət Ceymsə güvənirdik, lakin bir neçə il əvvəl onunla bir gün Mercedes-də və ya başqa komandada digər bir iş görmək qərarına gəlsə, necə işləyəcəyimizi danışmağa başladıq və Ceyms özünə əvəzləyici hazırladı.

İndi bizim çox istedadlı doqquz nəfərdən ibarət strateq komandamız var. Son yarışlarda onlar bu sahədə müstəqil işlədilər, ondan əvvəl isə Ceymsin nəzarəti altında bir çüddət çalışdılar. Bu struktur mənə təcrübəli və etibarlı görünür. Hiss etmirəm ki, Vavls gedəndən sonra strateqlərin işi bizi zəiflədəcək.

Keçən həftə mən Həmiltona Ceymsin getdiyini dedim və o, bunu olduqca sakit qəbul etdi. O, Vavls üçün bunun irəliyə doğru bir addım atmaq üçün heyrətamiz şans olduğunu, bundan imtina edilməməsi lazım olduğunu söylədi. O, Ceyms ilə işləməkdən həzz alırdı, onlar həmişə bazar günü səhərlər yarış strategiyasını planlaşdırarkən zarafatlaşırdılar, lakin o bilir ki, Vavlsın irəli getməsinin vaxtı idi.”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*