21 Avqust 2019, Çərşənbə - 02:44

Daimler AG Formula1-ə uzunmüddətli planlarla bağlanıb

Daimler AG Formula1-ə uzunmüddətli planlarla bağlanıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:52 - 19 Fevral, 2013

Bu gün səhər Almaniya mətbuatında Daimler AG konserninin Formula1-də iştirak proqramını başa vurmaq istəyi ilə bağlı yazılar dərc olunmuşdu, onda […]

Bu gün səhər Almaniya mətbuatında Daimler AG konserninin Formula1-də iştirak proqramını başa vurmaq istəyi ilə bağlı yazılar dərc olunmuşdu, onda görə də konsern bu söhbətlərə dərhal reaksiya verməyə tələsib.

Konsernin mətbuat xidmətinin nümayəndəsi Yörq Hove Almaniyanın DPA agentliyinə bildirib ki, “Biz Formula1-ə uzun müddətə gəlmişik və çempionatdan getməyə hazırlaşmırıq, hər şey tərsinədir.”

Bir daha xatırladaq ki, səhər Frankfurter Allgemeine qəzeti xəbər yaymışdı ki, Daimler AG-nin səhmdarları olan iki böyük sərmayə fondu Formula1 komandası kimi bahalı layihəni bağlamağı tələb ediblər: “Mercedes AMG çempionatda artıq 3 ildir çıxış edir, amma yaxşı nəticə yoxdur. Formula1 çox baha başa gəlir və konsernə heç nə vermir” – bu, Union İnvestment fondunun başçısı Mixael Mortensenin fikridir.

Amma Daimler AG-nin rəsmi mövqeyi dəyişməz qalır. Hove bildirib ki, “komandaya yeni adamlar gəlib – Niki Lauda və Toto Volff. Mercedes AMG komandası gələcəkdə uğur qazanmaq üçün irəliləyəcək…”

Deməli, Lyuis Həmilton narahat olmaya bilər, onun hələ Mercedes AMG maşınlarının sükanı araxsında nəyə qadir olmasını sübut etməyə şansı olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 348
Teqlər , , , , , , , ,
Paylaş

logo