M.Uitmarş Hauqa minnətdarlıq edib

Dünən Norbert Hauqun istefa xəbərləri yayılıb – almaniyalı mütəxəssis 20 ildən çox tutduğu Mercedes-Benz Motorsport-un başçısı vəzifəsini tərk edib. 1995-ci […]

Dünən Norbert Hauqun istefa xəbərləri yayılıb – almaniyalı mütəxəssis 20 ildən çox tutduğu Mercedes-Benz Motorsport-un başçısı vəzifəsini tərk edib. 1995-ci ildən Mercedes motorlarından istifadə edən McLaren komandasının başçısı Martin Uitmarş Hauqa minnətdarlıq edib…

Martin Uitmarş: “Mən fürsətdən istifadə edərək Norbert Hauqa uzun illər ərzində McLaren-ə göstərdiyi kömək və dəstəyə görə minnətdarlığımı bildirirəm. Keçən əsrin 90-cı illərindən başlamış McLaren və Mercedes-Benz əməkdaşlığı pozitiv və uğurlu idi, Norbertin təsiri və rəhbərliyi isə uğurun həlledici faktoru oldu.

Onun avtoidmana məhəbbəti həqiqi, dərin və təbiidir, hər bir sürücünün öndə olmaq əzmkarlığı kimi. Bütün McLaren komandası adından ona gələcəkdə müvəffəqiyyətlər arzulayıram.”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*