Azərbaycan-2021: Sıralanma turu

Monakodan fərqli olaraq, Bakıda sıralanma turunun əhəmiyyəti çox deyil - burada yalnız iki dəfə pouldan başlayan sürücü qələbə qazanıb. Hətta 2017-ci ilin qalibi Daniel Rikkardo yarışa 10-cu yerdən start vermişdi.

F-1.az xatırladır ki, cümə axşamı baş tutan məşqlərdə Maks Ferstappen və Serxio Peres hamıdan sürətli olublar. Bugünkü son məşqlərdə isə Pyer Qasli protokollara başçılıq edib.

Pirelli paytaxtımıza ilk dəfə ən yumşaq 3 tərkibi – C3, C4 və C5 təkərlərini gətirib. Lakin bu tərkiblərin belə asfaltla ilişməsi çox zəif olub və maşınların sürüşməsi halları tez-tez baş verib.

İlk Sessiyada Mercedes sürücüləri Medium, qalan sürücülər isə Soft təkərlərlə trasa çıxıblar. Artıq üçüncü dəqiqədə sessiya qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb Strollun 15-ci döngədəki qəzası olub. Fasilə 9 dəqiqə davam edib, Həmilton və Bottas da Soft təkərlərə keçib. Lakin bir qədər sonra həmin yerdə Covinatsinin qəzası növbəti fasiləyə səbəb olub. Həmilton 1:41.545 ilə hamını üstələyib, Covinatsi, Stroll, Mazepin, Şumaxer və Latifi yarışa son 5 yerdən başlayacaqlar.

İkinci Sessiyada hamı yumşaq təkərlərlə mübarizə aparıb. Ferstappen ilk cəhdində Peres və Həmiltonu olduqca cüzi fərqlə keçib. Lakin ikinci cəhdlər zamanı Rikkardo üçüncü döngədə qəza edib, qırmızı nayraqlar dalğalandırılıb. Restartdan sonra sürətli dövrəyə vaxt qalmayacağından, sessiyanın başa çatdığı bildirilib. Rassell, Rəykkönen, Rikkardo, Okon və Fettel üçün sıralanma turu başa çatıb.

Son sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Tsunoda və Qasli ilk cəhddən imtina edib. Mercedes ardıcıl isinmə dövrələri vurub, Leklerin ilk cəhdi isə möhtəşəm alınıb – 1:41.218. İkinci cəhdlər zamanı isə qırmızı bayraqlar sürətli dövrədə olan bir çox sürücü üçün “soyuq duş” təsiri göstərib. Tsunoda üçüncü döngədə qəza edib. Ona çırpılmamağa çalışan Sayns isə təhlükəsizlik cibinə girib, lakin idarəetməni itirdiyindən qabaq qanadı zədələyib.

Şarl Lekler mövsümdə ikinci, karyerasında 9-cu poulunu qazanıb. Sabahkı yarışa onun yanından Lyuis Həmilton başlayacaq. İkinci cərgə isə Maks Ferstappen və Pyer Qaslinindir.

Bizi sabah 16:00-da möhtəşəm yarış gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 16 Şarl Lekler Ferrari 6 1:42.241 9 5 1:41.659 5 1:41.218 5
2 44 Lyuis Həmilton Mercedes AMG 1 1:41.545 9 3 1:41.634 6 1:41.450 6
3 33 Maks Ferstappen Red Bull 2 1:41.760 8 1 1:41.625 6 1:41.563 5
4 16 Pyer Qasli AlphaTauri 7 1:42.288 9 8 1:41.932 5 1:41.565 4
5 55 Karlos Sayns Ferrari 4 1:42.121 8 6 1:41.740 5 1:41.576 5
6 4 Lando Norris McLaren 5 1:42.167 10 7 1:41.813 5 1:41.747 5
7 11 Serxio Peres Red Bull 3 1:41.968 8 2 1:41.630 5 1:41.917 4
8 22 Yuki Tsunoda AlphaTauri 11 1:42.521 9 4 1:41.654 6 1:42.211 4
9 14 Fernando Alonso Alpine 15 1:42.934 10 10 1:42.195 5 1:42.327 5
10 77 Valtteri Bottas Mercedes AMG 12 1:42.701 9 9 1:42.106 6 1:42.659 6
11 5 Sebastyan Fettel Aston Martin 10 1:42.460 10 11 1:42.224 5
12 31 Esteban Okon Alpine 9 1:42.426 5 12 1:42.273 6
13 3 Daniel Rikkardo McLaren 8 1:42.304 9 13 1:42.558 5
14 7 Kimi Rəykkönen Alfa Romeo 14 1:42.923 9 14 1:42.587 6
15 63 Corc Rassell Williams 13 1:42.728 8 15 1:42.758 4
16 6 Nikolas Latifi Williams 16 1:43.128 8
17 47 Mik Şumaxer Haas 17 1:44.158 10
18 9 Mikita Mazepin Haas 18 1:44.238 9
19 18 Ləns Stroll Aston Martin 19 2
20 99 Antonio Covinatsi Alfa Romeo 20 4
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*