S.Peres ölkəsində qalib gəlmək istəyir

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Meksikada hədəfi qalib gəlməkdir.

F-1.az xatırladır ki, meksikalı pilot karyerası ərzində 4 yarış qazansa da, öz ölkəsində qələbəsi yoxdur. O sadəcə keçən il burada podiuma yüksələ bilib.

Serxio Peres: “Mühəndislər Kubokunda qalib olandan sonra öz ölkəmə gəlmək üzərimdəki gərginliyi artırır. Bu idmanda hər şey göz qırpımında cərəyan edir. Amerika yarışından dərhal sonra burada necə qazanacağımızı düşündük.

Öz ölkəmin küçələrində Formula1 bolidi ilə şou göstərdiyim üçün mənim üçün xüsusi həftəsonudur. Bunu həmişə xatırlayacam, amma bu yarışı qazanmaq istəyirəm. Bunu etmək üçün güclü bolidim və yaxşı komandam var.

Komandamız üçün gözəl mövsümdür və meksikalıları sevindirmək üçün əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*