Əbu Dabi-2020: Yarış

İyulda başlayan və 17 yarışdan ibarət mövsümdə həm Mühəndislər Kubokunda, həm də pilotlar çempionatında titulun sahibi əvvəlcədən bəlli olsa da, qalan yerlər uğrunda intriqa son yarışa qədər davam edib.

F-1.az xatırladır ki, cümə günü keçirilən ilk və dünənki son məşqlərdə Maks Ferstappen, ikinci məşqlərdə isə Valtteri Bottas hamıdan sürətli olub. Titul uğrunda mübarizədən isə gözlənilənlərin əksinə, Mercedes sürücülərindən biri yox, onları qabaqlayan Ferstappen qalib ayrılıb.

Yarışa ilk cərgədən Ferstappen və Bottas, ikinci cərgədən Həmilton və Norris, üçüncü cərgədən isə Elbon və Sayns başlayıblar.

Pirelli buraya ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib. Soft təkərlər səmərəliliyini tez itirib. Norris, Elbon, Kvyat, Stroll və Qasli yumşaq, Rikkardo, Fettel, Perez və Maqnussen sərt, yerdə qalan sürücülər isə orta təkərlərlə yarışa başlayıblar.

Start sakit baş tutub, Maks mövqeyini qoruyub. Qasli Okonu qabaqlayıb, Maqnussen 3 pillə yüksəlib. Maks Bottasdan uzaqlaşıb, Həmilton da komanda yoldaşından geri qalmağa başlayıb. Perez tez yüksələ bilməyib və 5 dövrəyə cəmi 3 nəfəri keçə bilib.

Elbon 7-ci dövrədə Norrisi keçib və dördüncü olub. Bir dövrə sonra isə Kvyat Stroll tərəfindən keçilib. Perez Rəykköneni də üstələyib. Lakin Serxionun yarışı çox davam etməyib – onuncu dövrədə güc qurğusu sıradan çıxdığı üçün maşını saxlamalı olub. Əvvəlcə Virtual TM rejimi elan olunub, bir qədər sonra isə real TM trasa çıxıb.

Rikkardo, Fettel, Lekler və Covinatsi istisna olmaqla, hamı təkərlərini dəyişib. 11-ci dövrədən sonra ilk onluq: Ferstappen – Bottas – Həmilton – Elbon – Rikkardo – Norris – Fettel – Lekler – Sayns – Stroll

Restart 14-cü dövrədə elan edilib. Ferstappen yenə liderliyini qoruyub, Sayns isə Lekleri geridə qoyub. Stroll 16-cı dövrədə Lekleri keçsə də, monakolu sürücü yerini qaytarıb. Lakin Ləns 19-cu dövrədə yenidən onu üstələyib və bu dəfə əks hücuma imkan verməyib.

22-ci dövrədə Okon Lekleri ötüb, Şarl pit-stopa yollanıb. Növbəti 10 tur ərzində Qasli Strollu və Fetteli keçib. Maqnussen 33-cü, Fittipaldi, Fettel və Latifi isə 36-cı dövrədə pit-stop ediblər. Təkərlərini ən gec dəyişən isə Rikkardo olub. Son dövrələrdə Okon Strollu üstələyərək doqquzuncu olub. Rikkardo isə sonda sürətli dövrəni vuraraq Ferstappenin “Böyük Dəbilqə”-sinə mane olub.

Sakit keçən yarışda Maks Ferstappen mövsümdə ikinci, karyerasında isə 10-cu qələbəsini qazanıb. Valtteri Bottas ikinci olub və pilotlar çempionatında Maksın onu üstələməsinə imkan verməyib. Podiumu tamamlayan isə Lyuis Həmilton olub.

Beləliklə, Formula1-in 2020-ci il mövsümü başa çatıb. Növbətə gənc sürücülər testi, sonra Milad bayramı fasiləsi, daha sonra yeni maşınların elanları və təqdimatları, ardınca isə qış testləri bizi gözləyir. Növbəti mövsümün ilk yarışıına – Avstraliya Qran Prisinə isə 97 gün var. Ümid edirik ki, növbəti mövsüm builki kimi pis sürprizlərlə qarşılaşmarıq və hər bir yarış əvvəlcədən planlaşdırıldığı kimi baş tutar…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 33 Maks Ferstappen Red Bull 1:36:28.645 1
2 77 Valtteri Bottas Mercedes AMG + 0:15.976 1
3 44 Lyuis Həmilton Mercedes AMG + 0:18.415 1
4 23 Aleksander Elbon Red Bull + 0:19.987 1
5 4 Lando Norris McLaren + 1:00.729 1
6 55 Karlos Sayns7 McLaren + 1:05.662 1
7 3 Daniel Rikkardo Renault + 1:13.748 1
8 10 Pyer Qasli AlphaTauri + 1:29.718 1
9 31 Esteban Okon Renault + 1:41.069 1
10 18 Ləns Stroll Racing Point + 1:42.738 1
11 26 Daniil Kvyat AlphaTauri +1 dövrə 1
12 7 Kimi Rəykkönen Alfa Romeo +1 dövrə 1
13 16 Şarl Lekler Ferrari +1 dövrə 1
14 5 Sebastyan Fettel Ferrari +1 dövrə 1
15 63 Corc Rassell Williams +1 dövrə 1
16 99 Antonio Covinatsi Alfa Romeo +1 dövrə 1
17 6 Nikolas Latifi Williams +1 dövrə 2
18 20 Kevin Maqnussen Haas +1 dövrə 2
19 51 Pyetro Fittipaldi Haas +2 dövrə 3

 

Sürətli dövrə: Daniel Rikkardo (Renault) – 1:40.926 (55-ci dövrə, 198.109 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Serxio Peres Racing Point 10 güc qurğusu

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas 347
2 77 Valtteri Bottas Mercedes AMG Petronas 223
3 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 214
4 11 Serxio Peres BWT Racing Point F1 Team 125
5 3 Daniel Rikkardo Renault DP World F1 Team 119
6 55 Karlos Sayns McLaren F1 Team 105
7 23 Aleksander Elbon Aston Martin Red Bull Racing 105
8 16 Şarl Lekler Scuderia Ferrari 98
9 4 Lando Norris McLaren F1 Team 97
10 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 75
11 18 Ləns Stroll BWT Racing Point F1 Team 75
12 31 Esteban Okon Renault DP World F1 Team 62
13 5 Sebastyan Fettel Scuderia Ferrari 33
14 26 Daniil Kvyat Scuderia AlphaTauri Honda 32
15 27 Niko Hülkenberq BWT Racing Point F1 Team 10
16 7 Kimi Rəykkönen Alfa Romeo Racing 4
17 99 Antonio Covinatsi Alfa Romeo Racing 4
18 63 Corc Rassell Williams Racing / Mercedes AMG 3
19 8 Roman Qrojan Haas F1 Team 2
20 20 Kevin Maqnussen Haas F1 Team 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 573
2 Aston Martin Red Bull Racing Honda 319
3 McLaren F1 Team Renault 202
4 BWT Racing Point F1 Team Mercedes 195
5 Renault DP World F1 Team Renault 181
6 Scuderia Ferrari Ferrari 131
7 Scuderia AlphaTauri Honda Honda 107
8 Alfa Romeo Racing Ferrari 8
9 Haas F1 Team Ferrari 3
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*