S.Peres: McLaren-ləri keçmək çətin olacaq

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, yarışda McLaren-ləri keçmək çox çətin olacaq.

F-1.az xatırladır ki, meksikalı sürücü Suzukadakı sıralanma turunda 5-ci olub. O, komanda yoldaşından başqa McLaren sürücüləri və Şarl Leklerdən geri qalıb.

Serxio Peres bu nəticədən razı qalmayıb: “İşlər qaydasında getmədi. Bu gün ikinci yeri tuta bilərdik, amma ikinci sessiyada ikinci dəst təkəri işlətmək yaxşı olmadı. Buna görə McLaren-dən geridə qaldıq, çünki sadəcə bir dəst təzə təkərimiz var idi.

Yenə də yarış üçün sabahı gözləyəcəyik. McLaren-i keçmək asan olmayacaq, çünki ilk sektorda çox güclüdürlər. Ancaq yarış tempində gücümüzə inanıram. Ümid edirəm ki, yarışı ilk iki yerdə bitirə bilərik. Bunun hesabına Mühəndislər Kubokunu da təmin edə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*