M.Zurer: Maksla Serxio bir-birilərilərinə güvənmirlər

Keçmiş Formula1 pilotu Mark Zurer Red Bull pilotları arasındakı atmosfer haqqında fikirlərini bölüşüb.

F-1.az xəbər verir ki, Markın fikrincə, ikili arasında güvən yoxdur.

Mark Zurer: “Görünür, onlar həqiqətən bir-birlərinə güvənmirlər. Bu inamsızlıq aradan qalxmayıb, hələ də var. Komanda bunu məharətlə gizlədir, sürücülərin özləri də bu mövzuda az danışmağa çalışırlar. Amma nə vaxtsa vəziyyət nəzarətdən çıxa bilər”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Qran Prisində Peres qalib gəlib. ikinci yeri isə onun komanda yoldaşı Ferstappen tutub. Eyni zamanda, Serxio ən sürətli dövrəni sonda sürətlənən Maks tərəfindən vurulmasından narazılığını bildirib”.
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*