17 Avqust 2019, Şənbə - 18:55

C.Batton: “Sepanqın yeni asfalt örtüyü çox qəribədir”

C.Batton: “Sepanqın yeni asfalt örtüyü çox qəribədir”

Müəllif: Elçin Zodorov, redaktor

16:01 - 30 Sentyabr, 2016

McLaren Honda-nın britaniyalı sürücüsü yeni asfalt örtüyününün qəribə olduğunu, asfaltla ilişmənin çox pis olduğunu bildirib.

F-1.az xatırladır ki, yarışdan əvvəl Sepanq trasının asfalt örtüyü yenilənmişdi. Lakin trasda edilən dəyişikliklər və yeniliklər barədə müsbət rəylərlə yanaşı, kifayət qədər mənfi rəylər də var.

Censon Batton: “Çox qəribədir. İnsana elə gəlir ki, asfaltla ilişmə yüksəkdir, lakin bu, bir anda yoxa çıxır. Bu necə baş verir – anlamaq çətindir. Soçiyə bənzəyir. Normal hallarda arxadan sürüşmə hiss edirik. Dünyada ən yaxşı sürücülər biz hesab olunuruq, lakin buradakı asfalt örtüyünün üzərində bolidi idarə edərkən nələr baş verdiyini anlamaqda çətinlik çəkirik”.

Red Bull-un gənc sürücüsü Maks Ferstappen isə eyni fikirdə deyil: “Asfaltla ilişmə əladır. Trasda edilən dəyişikliklər Red Bull üçün çox yaxşıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 474
Teqlər , , , , ,
Paylaş

logo