M.Ferstappen hazırdır

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Melburndakı yarışa hazırdırlar.

F-1.az xatırladır ki, Red Bull komandası birinci qış testlərində çoxlu dövrələr vursa da, ikinci testlərdə bəzi problemlərlə üzləşib.

Maks Ferstappen: “Melburn yarışı üçün hazıram. Hər şeyi sınamışıq. Buna görə də testlərdən razıyam. Günün sonuna doğru isə sıralanma tempində işlədik. Bolidi belə sürmək həzz verir. Həmişə ardıcıl dövrələr vururuq. Bolidin balansı yaxşı görünür.

Yerimdə fırlandığıma görə narahat deyiləm. Məni tənqid edənlər nə olduğunu bilmirlər və və boidi sürmürlər. İnkişaf etməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*