M.Ferstappen: İnanılmaz hissdir

Formula1 üzrə 2021-ci ilin Dünya Çempionu Maks Ferstappen bildirib ki, inanılmaz hisslər yaşayır.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışa pouldan başlasa da, startda Həmiltonun gerisinə düşüb. Yarış ərzində rəqibinin tempinə cavab verə bilməyən Maksın köməyinə Təhlükəsizlik Maşını çatıb. Həmiltondan fərqli olaraq TM periyodunda yeni Soft təkərə keçən 24 yaşlı pilot restartdan sonra rəqibini keçərək, yarışı və çempionluğu qazanıb.

Maks Ferstappen: “Bu inanılmazdır. Bütün yarış ərzində mübarizə apardım. Fürsət isə əlimə son dövrədə düşdü. İnana bilmirəm. Dəlilikdir. Buradakı insanlara, komandama və Honda-ya nə deyim bilmirəm. Buna layiqdirlər. Onları çox sevirəm. 2016-cı ildən bəri bu komandada işləməkdən həzz alıram. Lakin bu il inanılmaz idi.

Çekoya təşəkkür edirəm. Bu gün ürəkdən sürdü. Əla komanda işi idi. O, yaxşı komanda yoldaşıdır.

Komanda bilir ki, onları sevirəm. Ümid edirəm ki, 10-15 il birlikdə yarışarıq. Bəzi şeyləri dəyişməyə ehtiyac yoxdur. Ömrümün sonuna qədər onlarla qalmaq istəyirəm. Hədəfimiz çempionluq idi və bunu qazandıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*