M.Ferstappen: “Qüsursuz yarış idi”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, qüsursuz yarış keçirib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa 2-ci yerdən başlasa da, mükəmməl startla Fetteli geridə qoyub və sona qədər liderliyini qoruyaraq, karyerasındakı 3-cü qələbəni qazanıb.

Maks Ferstappen: “Startın çox vacib olduğunu bilirdik. Startda xarici trayektoriyada qala bildim və gözəl ötmə etdim. Daha sonra isə əsas vəzifəm təkərlərə nəzarət etmək idi. Bolidin performansı əla idi və problem yaşamadan damalı bayrağa çatdım. Bu nəticəyə görə komandaya təşəkkür edirəm. Keçən həftədən sonra burada güclü olacağımızı bilirdik. Hamıdan sürətli idik və layiq olduğumuz nəticəni qazandıq. Mövsümün ikinci yarısında tempimiz artıb və bunu son 2 yarışda da davam etdirmək istəyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*