M.Ferstappen: “2017-ci il tədris ili olmayacaq”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, artıq onun lazımi qədər təcrübəsi var və tədris illəri artıq geridə qalıb..

F-1.az xatırladır ki, hollandiyalı Formula1 karyerasına 2015-ci ildə Toro Rosso komandasında başlamış və 2016-cı ilin 4-cü yarışından sonra Red Bull komandasına transfer olunmuşdu.

Ferstappen bildirib ki, Formula1-də ilk 2 mövsümündə çoxlu təcrübə qazanıb və trasda özünə daha çox güvənir: “2017-ci il mənim üçün tədris ili olmayacaq. Formula1-də 2 mövsüm keçirdikdən sonra tədris ili davam edir deyə bilməzsiniz. Bu, o demək deyil ki, hədəflərimi zirvəyə çıxarmışam. Sadəcə yarışlara olan yanaşmanı dəyişdirəcəm”.

Horner isə bildirib ki, Ferstappen 2017-ci ildə də inkişaf etməyə davam edəcək: “Bütün idmançıların əsas məqsədi özünü inkişaf etdirməyə çalışmaqdır. Maks da bu yöndə addımlar atır. İllər keçdikcə yeni şeylər öyrənə bilərsiniz. Maks da öyrənməyi sevən sürücüdür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*