G.Berger: “Ferstappen gələcəyin dünya çempionudur…”

Maks Ferstappen keçən mövsüm 17 yaşında Toro Rosso komandası ilə Formula1-də debüt etmiş, Formula1 tarixinin ən gənc pilotu olmuşdu. O, həm də xal qazana bilən ən gənc pilotdur.

F-1.az xatırladırr ki, keçən mövsüm ərzində parlaq çıxışı ilə diqqəti cəlb edən hollandiyalı pilot dekabr ayında FİA tərəfindən 3 mükafata layiq görülmüşdü.

Sabiq Formula1 pilotu Gerhard Berger Ferstappen haqqında danışıb: “Maks əla çıxış edir və ona ünvanlanmış bütün xoş sözlərə layiqdir. İlk mövsümdə çox yaxşı təsir bağışladı. Əgər belə davam etsə, bir gün mütləq dünya çempionu olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*