M.Ferstappen təriflər almaqda davam edir

Rusiya Qran Prisindən sonra gözlənilmədən Daniil Kvyatın əvəzinə Red Bull-a gətirilən, yeni komandası ilə ilk yarışdaca qalib gələn, son 6 yarışda 3 dəfə podiuma yüksələn və azarkeşlər tərəfindən 4 dəfə "Günün Sürücüsü" seçilən Maks Ferstappen əla çıxışı ilə bir çoxlarının rəğbətini qazanıb.

F-1.az xəbər verir ki, Red Bull-a keçdikdən sonrakı dövr üçün komanda yoldaşı Daniel Rikkardonu da xal hesabında üstələyən Maksın ünvanına deyilən xoş sözlər səngimək bilmir.

El Pais qəzeti: “Ferstappen yeni Sennadır. Parlamaqda davam edir. Azarkeşlər bu 18 yaşlı uşağa görə çox şanslıdırlar”.

Ceki Styuart: “O, Rosbergə xarici radiusla etdiyi hücumla çempion ruhlu pilot olduğunu göstərdi. Artıq gələcəyin dünya çempionunun kim olacağını bilirik”.

Robert Dornbos: “Maks komandaya qoşulduqdan sonra maşın sanki daha da yaxşı vəziyyətdədir. Bu təsədüfdürmü, bilmirəm. Rikkardonun üzündəki gülümsəmə azalıb. Maksda isə, əksinə, çoxalıb.

Jil Vilnöv: “O, F1-ə gəldiyi ilk gündən etibarən yaxşı sürür. Onun yeni Ayrton və ya Mixael olduğunu deyə bilərəm”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*