21 İyul 2019, Bazar - 08:51

M.Ferstappen: “Mühərrik və şassi təkmilləşməlidir”

M.Ferstappen: “Mühərrik və şassi təkmilləşməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

16:38 - 04 May, 2019

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Mercedes və Ferrari-yə çatmaq üçün şassi və mühərrikdə təkmilləşməlidirlər.

F-1.az xatırladır ki, hollandiyalı sürücü ilk 4 yarışda bir dəfə podiuma yüksəlib. Qalan yarışlarda isə 4-cü olub.

Maks Ferstappen: “Düzlüklərdə vaxt itiririk. Məncə, bu, sir deyil. Amma bolidin inkişafı üçün addımlar atmalıyıq. Ancaq boliddən şikayətçi deyiləm. Yarışda 7-8 saniyə təkmilləşirsinizsə, bolid işləyir. Lakin sürücülər həmişə daha yaxşı bolid istəyərlər. Ümid edirəm ki, mühəndislər də yaxşı olmasını istəyir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 94
Teqlər ,
Paylaş

logo