M.Ferstappen: “Red Bull-la münasibətlərim pisləşməyəcək”

F-1.az xatırladır ki, ABŞ Qran Prisində xəbərsiz pit-stopa gələn Maks mexanikləri çətin vəziyyətdə qoymuş və xeyli vaxt itirmişdi.

Bundan bir qədər sonra problemlə üzləşən Maks yarışı dayandırmalı olmuş, maşını saxladığı yer bir qədər təhlükəli hesab edildiiyndən Virtual Təhlükəsizlik Maşını rejimi aktiv edilmiş və bu da Rikkardonun ikinciliyi əldən verməsi ilə nəticələnmişdi.

Maks Ferstappen: “Komanda ilə münasibətlərimdə dəyişən bir şeyin olmayacağına əminəm. Çünki komanda bizə güvənir. Malayziyada təkər-təkərə mübarizə apardıq, amma heç bir təmas yaşanmadı. Sürüş stilimi dəyişdirməyəcəm. Bir qədər Mixael Şumaxerin stilinə bənzəyir. Senna və Lyuisin stilləri ilə də oxşarlıq var. Ümid edirəm ki, hamısından yaxşı cəhətləri almışam. Hələ də böyük bir potensiala sahib olduğumu düşünürəm. Hər yarış və hər mövsüm daha yaxşı olacağam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*