M.Ferstappen: Hava həlledici rol oynayacaq

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Spa-da yağış yağsa, hər şey qarışa bilər.

F-1.az xatırladır ki, niderlandlı sürücü Macarıstanda qalib gələrək, bu il ardıcıl 7-ci qələbəsini qazanıb. O, hazırda ən yaxın rəqibi Serxio Peresi 110 xal qabaqlayır. Növbədə isə əfsanəvi Spa trasıdır. Maks burada daha əvvəl iki dəfə qalib gəlib və bu il üçüncüsünü qazanmaq istəyir.

Lakin hava haqqında məlumata görə Spada həftəsonu yağışlı hava olacaq. Bu da Red Bull üçün arzuolunan hal deyil, çünki maşın quru havada yaxşı işləyir.

Maks Ferstappen: “Belçikada sprint həftəsonunu səbirsizliklə gözləyirəm. Hava haqqında məlumata baxanda yağışlı hava gözlənilir. Görək təsiri necə olacaq. Yağış Spadakı yarışı daha maraqlı edəcək. Bizi xaotik yarış gözləyir.

Spa təqvimdəki favorit trasımdır. Buna görə də yarışı və azarkeşlərlə görüşməyi səbirsizliklə gözləyirəm. Maraqlı həftəsonu olacaq. Görək bolidimiz döngələrdə necə davranır.

Spa ilə bağlı gözəl xatirələrim var. Macarıstandakı gözəl nəticədən sonra bura gəlirik. Ümid edirəm ki, yay tətilindən əvvəl yaxşı nəticə əldə edərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*