22 Avqust 2019, Cümə axşamı - 11:07

M.Ferstappen: “Rikkardo ilə yaxşı münasibətimiz komandanı irəli aparır”

M.Ferstappen: “Rikkardo ilə yaxşı münasibətimiz komandanı irəli aparır”

Müəllif: Rauf Hacıyev, redaktor

06:54 - 09 Dekabr, 2016

Maks Ferstappen bildirib ki, Rikkardo ilə olan yaxşı münasibətləri komandanın uğurlarında vacib rol oynayır.

F-1.az xatırladır ki, Ferstappen 2016-cı il mövsümünə Toro Rosso komandasında başlamış və İspaniya yarışından əvvəl Red Bull-a transfer olunmuşdu. Hollandiyalı Red Bull-dakı ilk yarışında qalib gəlmiş və Formula1 tarixinin ən gənc yarış qazanan sürücüsü olmuşdu.

Maks Ferstappen: “2016-cı il mənim üçün gözəl keçdi. Xüsusən də İspaniyada qazandığım yarışı heç vaxt unutmayacam. Hələ də necə bacardığımı bilmirəm. Qısa müddətdə belə uğur qazanacığımı düşünmürdüm. Daha sonra isə komanda olaraq yaxşı nəticələr almağa davam etdik. Dubl etdiyimiz Malayziya yarışı bizim üçün çox xüsusi idi. Braziliya yarışından da həzz aldım.

Daniel ilə münasibətimiz yaxşıdır. Çox sürətlidir və xasiyyəti də yaxşıdır. Onunla işlədiyim üçün xoşbəxtəm. Aramızdakı yaxşı münasibət komandaya uğur qazandırır. Bu idmanda ən vacib şey komanda ruhudur və bu, bizdə mövcuddur. Bir-birimizdən həmişə nəsə öyrənib, inkişaf edirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 944
Teqlər , ,
Paylaş

logo