F.Massa: Ferstappen 1 nömrə ola bilər

Sabiq Formula1 pilotu Felipe Massa bildirib ki, Maks Ferstappen bütün dövrlərin ən yaxşı pilotu ola bilər.

F-1.az xatırladır ki, Maks Ferstappenin 25 yaşı olsa da, artıq ikiqat Dünya Çempionudur və 32 yarış qazanıb.

Felipe Massa: “Ferstappen Formula1 tarixinin ən yaxşı beş pilotundan biridir. Senna, Fanxio, Şumaxer, Həmilton kimi sürücülərlə müqayisə etdikdə görürük ki, çox istedadlıdır.

Çempionatın sonlarında təqaüdlə bağlı suallara cavab vermək asandır. Lakin Maks sükan arxasında oturmağı sevir. Buna görə də 31-32 yaşında təqaüdə çıxacağını düşünmürəm. Məncə, davam edəcək. Hər şey necə bolid sürəcəyindən asılıdır. Çempionluq uğrunda mübarizə aparsa, qalacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*