F.Briatore xəyalındakı komandanı açıqlayıb

Sabiq komanda rəhbəri Flavio Briatore bildirib ki, Maks Ferstappenlə Şarl Lekleri komanda yoldaşı kimi görmək istəyər.

F-1.az xatırladır ki, hər ikisi də hazırda ən perspektivli sürücülər sayılırlar. Belə ki, Ferstappen beşillik Formula1 karyerasında 2 poul və 8 qələbə qazana bilib. Lekler isə 2018-ci ildə debüt etsə də, artıq 7 poul və 2 yarış qazanıb.

Flavio Briatore: “Əgər bir komanda qursaydım, Leklerlə Ferstappeni bir araya gətirmək istərdim. Bu iki sürücü ilə növbəti onillikdəki bütün yarışları qazanmaq olar”.

, ,