Ferrari Almaniyaya yeniliklərlə gedir

Ferrari komandası Nürburqrinq yarışına yeniliklərlə gələcək.

F-1.az xatırladır ki, İtaliya təmsilçisi Rusiya Qran Prisinə yeniliklərlə getmiş və Şarl Lekler yarışı 6-cı bitirərək, vacib xallar qazanıb. Yarışdan sonra monakolu sürücü yeniliklərdən razı qalmış və Almaniyada daha çox yeniliyin olacağını demişdi. Gənc sürücü xüsusən də maşının balansında inkişaf olduğunu qeyd etmişdi.

Mattio Binotto: “Şarlın dediyi kimi Nurburqrinq yarışına da bir neçə yenilik gətirəcəyik, amma onlar elə də böyük şeylər deyil. Ancaq vacibdirlər. Daha sonra diffuzora fokuslanacağıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*