İtaliya-2021: Sprint yarışı

Bu mövsüm ikinci dəfə bazar günü baş tutacaq yarışın start düzümünü sıralanma turu yox, sprint yarışı təyin edib. Bu format barədə fikirlər müsbət olarsa, gələn il daha çox yarışda görə bilərik...

F-1.az xatırladır ki, dünən və bu gün baş tutan sərbəst yürüşlərin qalibi Lyuis Həmilton olsa da, sıralanma turunda koanda yoldaşı Valtteri Bottasa məğlub olub.

Sayns bugünkü məşqlərdə ciddi qəza edib. Həkimlər onun sprint yarışına çıxmasına icazə veriblər. Yarışa qədər kifayət qədər zaman olduğundan, Ferrari mexanikləri maşını tam hazır vəziyyətə gətirə biliblər.

Yarışa Mercedes sürücüləri ilk, Ferstappen və Norris ikinci, Rikkardo və Qasli isə üçüncü sıradan başlayıblar. Təkər seçimi sərbəst olub. Norris, Rikkardo, Fettel, Stroll, Alonso, Okon və Tsunoda yumşaq, yerdə qalanlar isə orta təkərlərlə start alıblar.

Startda Bottas liderliyini qoruyub, Ferstappen Həmiltonu keçib. Lyuis hətta altıncı yerə qədər geriləyib. Qasli Rikkardo ilə toqquşma zamanı ön qanadını zədələyib və Curve Grande döngəsində trasdan çıxaraq bariyerlərlə toqquşub. Təhlükəsizlik Maşını dərhal trasa çıxıb. Tsunoda təkərlərini dəyişib. 2-ci dövrədə ilk onluq: Bottas – Ferstappen – Rikkardo – Norris – Həmilton – Lekler – Sayns – Covinatsi – Stroll – Peres.

Restart 4-cü dövrədə verilib. İlk onluqda dəyişiklik olmayıb, Alonso Fetteli üstələyərək 11-ci yerə qalxıb. Rassell 2 dövrə sonra Mazepini geridə qoyub. Peres 9-cu dövrədə Strollu ilk döngədəki şikananı kəsərək keçib. Mövqeyini məcburi geri qaytarsa da, növbəti dövrədə eyni yerdə onu asanlıqla geridə qoyub. Həmilton Norrisə təzyiqlər göstərməyə başlayıb, lakin hətta DRS köməyi ilə də hücum edə bilməyib.

Valtteri Bottas ilk sıradan başladığı qısa yarışı elə birinci də tamamlayıb. Lakin güc qurğusu elementlərini dəyişdirdiyi üçün yer itirməli olan finlandiyalı sürücü sabahkı əsas yarışa son sıradan başlayacaq.  Maks Ferstappen ikinci yer tutaraq çempionatdakı xal fərqini 5-ə çatdırıb və sabah bunu daha da artırmaq şansı var. O, həm də poulun sahibi olub. Daniel Rikkardo isə üçüncü olaraq 1 xal qazanıb, sabahkı yarışa isə ilk cərgədən başlayacaq.

Yer N Sürücü Komanda Zaman/Fərq Mövqe
1 77 Valtteri Bottas Mercedes AMG 3
2 33 Maks Ferstappen Red Bull + 0:02.325 2
3 3 Daniel Rikkardo McLaren + 0:14.534 1
4 4 Lando Norris McLaren + 0:18.835
5 44 Lyuis Həmilton Mercedes AMG + 0:20.011
6 16 Şarl Lekler Ferrari + 0:23.442
7 55 Karlos Sayns Ferrari + 0:27.952
8 99 Antonio Covinatsi Alfa Romeo + 0:31.089
9 11 Serxio Peres Red Bull + 0:31.680
10 18 Ləns Stroll Aston Martin + 0:38.671
11 14 Fernando Alonso Alpine + 0:39.795
12 5 Sebastyan Fettel Aston Martin + 0:41.177
13 31 Esteban Okon Alpine + 0:43.373
14 6 Nikolas Latifi Williams + 0:45.977
15 63 Corc Rassell Williams + 0:46.821
16 22 Yuki Tsunoda AlphaTauri + 0:49.977
17 9 Nikita Mazepin Haas + 1:02.599
18 88 Robert Kubitsa Alfa Romeo + 1:05.096
19 47 Mik Şumaxer Haas + 1:06.154

 

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:23.502(9-cu dövrə, 249.752 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRAN:

Sürücü Komanda Dövrə Səbəb
Pyer Qasli AlphaTauri 1 qəza

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Пилот Страна Команда Очки
1 33 Maks Ferstappen Red Bull Racing 226.5
2 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 221.5
3 77 Valtteri Bottas Mercedes-AMG Petronas F1 Team 126
4 4 Lando Norris McLaren Racing 114
5 11 Serxio Peres Red Bull Racing 108
6 16 Şarl Lekler Scuderia Ferrari Mission Winnow 92
7 55 Karlos Sayns Scuderia Ferrari Mission Winnow 89.5
8 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 66
9 3 Daniel Rikkardo McLaren Racing 57
10 14 Fernando Alonso Alpine F1 Team 46
11 31 Esteban Okon Alpine F1 Team 44
12 5 Sebastyan Fettel Aston Martin Cognizant F1 Team 35
13 22 Yuki Tsunoda Scuderia AlphaTauri Honda 18
14 18 Ləns Stroll Aston Martin Cognizant F1 Team 18
15 63 Corc Rassell Williams Racing 13
16 6 Nikolas Latifi Williams Racing 7
17 7 Kimi Rəykkönen Alfa Romeo Racing ORLEN 2
18 99 Antonio Covinatsi Alfa Romeo Racing ORLEN 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 347.5
2 Red Bull Racing Honda 334.5
3 Scuderia Ferrari Mission Winnow Ferrari 181.5
4 McLaren Racing Mercedes 171
5 Alpine F1 Team Renault 90
6 Scuderia AlphaTauri Honda Honda 84
7 Aston Martin Cognizant F1 Team Mercedes 53
8 Williams Racing Mercedes 20
9 Alfa Romeo Racing ORLEN Ferrari 3
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*