M.Ferstappen: Bunu gözləmirdik

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Rusiyada ikinci yeri gözləmirmişlər.

F-1.az xatırladır ki, niderlandlı sürücü mühərrik dəyişdiyi üçün yarışa sonuncu yerdən başlasa da, finişi ikinci yerdə keçib və zərəri minimuma endirib.

Maks Ferstappen: “Keçid təkərlərinə keçmək riskli idi, amma tras çox sürüşürdü. Məncə, pitə ən doğru zamanda gəldik. Bir dövrə tez gəlsək, təkərləri korlayardıq. Təbii ki, sonuncu başlayıb ikinci olmaq gözəldir. Yarış da asan keçmədi, çünki ötmə etmək çətin idi. Ötmə edəndə təkərlər yeyilirdi. Buna görə də yağış əla vaxtda yağdı.

Səhər duranda düşündüyümdən yaxşı yerdəyik. Bu nəticəni gözləmirdim. Arxadan başlayanda başınıza çox hadisə gələ bilər. Sadəcə qəzalardan uzaq durub qabağa getməlisiniz. Məncə, biz əla işlədik. Keçid təkərlərinə vaxtında keçməyin meyvəsini aldıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*