26 Mart 2019, Çərşənbə axşamı - 12:42

E.Okonla Ferstappenin arası niyə pisdir?

E.Okonla Ferstappenin arası niyə pisdir?

Müəllif: Rauf Hacıyev, redaktor

11:07 - 17 Mart, 2018

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, Ferstappenlə çempionluq uğrunda mübarizə aparmaq istəyir.

F-1.az xatırladır ki, Okon və Ferstappen 2011-ci ildə kartinqdə rəqib olmuş və hollandiyalı sürücü qalib gəlmişdi. İki sürücü 2014-cü ildə də mübarizə aparmış və bu dəfə gülən tərəf fransalı sürücü olmuşdu.

Esteban Okon: “Çempionluq uğrunda mübarizəyə hazıram. Lekler və Maks güclü sürücüdür. Onlarla uşaqlıqdan yarışıram və potensiallarına bələdəm. Gələcəkdə yenə təkər-təkərə mübarizə aparacağıq. Ferstappenlə 2010-cu ildən rəqibik. Dost deyildik və aramızda gərgin mübarizə olmuşdu. İndi heç bir problemimiz yoxdur. O vaxtlar bir-birimizi sevmirdik. Amma bu oyunun qaydası belədir. Şarlla da vəziyyət eyni idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 218
Teqlər , , ,
Paylaş

logo