M.Ferstappen podium həsrətinə son qoymaq istəyir

Red Bull komandasının sürücüsü Maks Ferstappen həftəsonu Monakodakı podium həsrətinə son qoymaq istəyir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Monte Karlo küçələrində 5 dəfə yarışsa da, ən yaxşı nəticəsi 2019-cu ildəki 4-cülük olub.

Maks Ferstappen: “Monako yarışı həmişə xüsusi olub. Digər traslardan fərqlənir. Tras dar olsa da, sıralanma turunda dövrə vurmaq ləzzət edir. Hər şeyi bir araya gətirəndə əla nəticə qazanırsan və xoşbəxt olursan.

Monakoda heç vaxt podiuma yüksəlməmişəm. Buna son qoymaq istəyirəm!Təmiz həftəsonuna ehtiyacımız var. Görək nə olur. İndiyə kimi sıralanma turunda Mercedes-ə yaxın idik. Ümid edirəm ki, Monakoda da belə olar.

Əvvəl başıma çox gəldiyi üçün bilirəm ki, Monakoda səhvə yer yoxdur. Şənbə günü poul almaq üçün hər şey etməliyik. Burada ötmə etmək çətindir. Amma yarışda hər şey ola bilər. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*