K.Horner Fetteli anlayır

Red Bul komandasının rəhbəri Kristian Horner bildirib ki, 2015-ci ildə Fettel düzgün qərar verərək Ferrari-yə gedib.

F-1.az xatırladır ki, almaniyalı pilor 2009-2014-cü ildə Red Bull-da yarışmış və burada dörd dəfə Dünya Çempionu titulunu qazanmışdı. 2015-ci ildə Ferrariyə gedən Fettel burada arzuladığı titulu qazana bilməmişdi.

Kristian Horner: “O vaxt rəqabətədavamlı deyildik. Mercedes çox üstün idi və Ferrari yüksəlişə gedirdi. Renault-da isə perspektiv yox idi. buna görə də o dövrə görə düzgün addım atdı.

Ona güclü maşın verə bilmirdik. O da həm Mixael Şumaxerin izi ilə getmək həm də Ferrari-də yarışmaq arzusunu reallaşdırmaq üçün getdi. Məyusedici olsa da, başadüşülən idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*