P.Qasli Red Bull-a qayıda bilməyəcək?

Sabiq Formula1 sürücüsü Pol di Resta bildirib ki, Pyer Qasli güclü performans göstərsə də, heç vaxt Red Bull-a qayıda bilməyəcək.

F-1.az xatırladır ki, fransalı sürücü keçən il Red Bull-a qatılsa da, mövsümün ilk yarısında gözləntiləri qarşılaya bilməmiş və nəticədə yenidən Toro Rosso-ya qaytarılmışdı.

24 yaşlı pilot bu il AlphaTauri ilə gözəl performans göstərsə də, Red Bull-da onu əvəzləyən Aleksander Elbon geridə qalır.

Niko Rosberqlə müsahibəsində Pol di Resta bildirib ki, Qaslinin Red Bull-a qayıtması mümkünsüzdür: “Paddokda gedən dedi-qodulara əsasən danışıram. Qasli keçən il Red Bull-da bir neçə nəfərin xətrinə dəyib”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*