S.Peres: Əlimdən gələni etdim

Red Bull komandasının sürücüsü Serxio Peres bildirb ki, İspaniya yarışında əlindən gələni edib.

F-1.az xatırladır ki, meksikalı sürücü yeddinci başladığı İspaniya yarışını 5-ci yerdə bitirib və Red Bull ilə çxdığı 4-cü yarışda da podiumsuz qalıb.

Serxio Peres: “Yarışda əlimdən gələni etdim. Danieli keçmək vaxtımı aldı. Bunu etməli idim. Çox cəhd etdim və sonda bacardım. O, düzlüklərdə çox sürətli idi və onu keçmək mümkünsüz idi.

Boliddə özümü yaxşı hiss edirəm. Hər yarış deyirəm ki, kaş mövsüm indi başlayardı. Trasda artıq az vaxt keçiririk və tempi tutmaq çətindir. Bu həftəsonu tam performansımı göstərə bilmədim. Fərq böyük idi. İndi isə bu yarışı unudub, Monakoya getmək istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*