21 Sentyabr 2019, Şənbə - 17:28

M.Ferstappen: “Hər şey yaxşıdır”

M.Ferstappen: “Hər şey yaxşıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

11:26 - 09 Mart, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen mühərrik tərəfdaşları Renault-nun problemlərinə baxmayaraq, müsbətyönlü düşünür.

F-1.az xatırladır ki, testlərin 6-cı günündə Ferstappenin bolidində mühərrik dəyişdirilib. Xatırladaq ki, artıq neçənci dəfədir ki, Renault mühərriklərində bu problem təkrar olunur. Bu problemlərlə Toro Rosso komandası da təsirlənir.

Ferstappen dünən yarış tempində gedərkən mühərriyi dayanıb. Amma hollandiyalı sürücü yenə də nikbindir: “İki dövrə geridə idik və çoxlu məlumat topladıq. Amma dayanmalı olduq. Bu problemlər səhər də bizi boksda saxladı. Amma Renault bu problemi Melburna qədər həll edəcək. Hazırda bunun üzərində işləyirlər.

Yarış tempi yaxşı və uzun idi. Tək başınasınız və darıxırsınız. Hər şey yaxşıdır. Təkərlərin aşınması normaldır.

Amma heç kim cibində iki saniyə gizlətmir. Görək nə olur. Bunu demək çətindir. Digər komandaların əlində nə olduğunu bilmirik. Bolidlər çox yenidir. Çoxlu sazlanmalar yoxlanılır. Biz bütün sazlanmaları test etmədik, amma indiyə qədər hər şey yaxşı idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 684
Teqlər , , ,
Paylaş

logo