Ferrari və Mercedes Ferstappen uğrunda mübarizə aparırlar

The Times hər iki komandanın gənc hollandiyalı sürücü ilə 2019-cu il üçün müqavilə bağlamaqda maraqlı olduğunu yazıb.

F-1.az bildirir ki, Maksın Red Bull-la müqaviləsi 2019-cu ilin sonuna qədərdir. Lakin həm Ferrari, həm də Mercedes bu müqavilənin vaxtından əvvəl pozulması üçün 20 milyon dollar ödəməyə hazırdırlar. Nəşrin məlumatına görə, Mercedes-in təklifi tərəflər üçün daha münasibdir və bu istiqamətdə müəyyən yol qət edilib. Lakin bu, yekunda razılığa gələcəkləri demək deyil.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*