K.Horner Ferstappeni müdafiə edib

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, rəqiblərinin Ferstappeni tənqid etmələrini başa düşmür...

F-1.az xatırladır ki, mövsüm ərzində əsasən Fettel və Rəykkönen olmaqla bütün sürücülər və komanda rəhbərləri Ferstappenin müdafiə vaxtı əyləcə basmaqla trayektoriya dəyişməsini tənqid etmişdilər.

Kristian Horner: “Doğrudan da, başa düşmürəm ki, niyə şikayət edirlər. O əla işlər görür. O, bolidin təkərlərindən istifadə edir. Aqressiv yarışır və bu yeni uşaq bəzən təcrübəli sürücüləri məyus edir. Daha sonra da onlar tənqidə başlayırlar. Amma Maks buna görə əsəbləşmir. Başını aşağı əyib, gördüyü işdən həzz alır.

Təcrübəli sürücülər onları narahat edənləri xoşlamırlar. Maks bu il səhv iş görmədi. Sərt yarışdı və həyəcanlandırdı. Boliddə olan zaman həmişə maksimum nəticə göstərir və o gördüyü işi sevir. Braziliyada onun dediklərini eşitdiniz. Rəqibləri bolidi saxlamaq istədiyi halda, o yarışmaq istəyirdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*