K.Horner: F1-ə ABŞ-li Ferstappen lazımdır

Red Bull-un rəhbəri Williams-ın yeni amerikalı sürücüsü Loqan Sarcentin gəlişinin idmanın ABŞ-də populyarlığına təsir edəcəyinə inanmır.

F-1.az xəbər verir ki, təcrübəli mütəxəssis bunun üçün Formula1-də olduqca istedadlı amerikalı sürücüyə ehtiyac olduğunu düşünür.

Kristian Horner: “Williams-da gənc və istedadlı amerikalı sürücünün olması əladır, lakin F1-in əsl ehtiyacı olan “Amerikalı Ferstappen”dir. Bunun təsirinin necə olacağını təsəvvür edin!

Problem ondadır ki, siz 14-cü və ya 15-ci yeri tutsanız, bu, ictimaiyyəti həqiqətən heyrətləndirmir. Düşünürəm ki, o, liderlər qrupunda mübarizə aparsa, İspaniyada Fernando Alonso və ya Meksikada Serxio Pereslə eyni effekti verə bilər. Formula1-ə gənc, istedadlı və rəqabətədavamlı amerikalı sürücü lazımdır”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*