Red Bull Qaslidən bezib

Red Bull komandasının rəhbəri Kristian Horner artıq Pyer Qaslinin zəif performansından bezib.

F-1.az xatırladır ki, Maks Ferstappen sonuncu Macarıstan yarışında ikinci olduğu halda, fransalı sürücü komanda yoldaşından 1 dövrə geri qalaraq, 6-cı olub.

Kristian Horner: “Pyerə görə məyusam. Startı yaxşı olmadı və buna görə də Alfa Romeo və McLaren-in gerisinə düşdü. Ferrari və Mercedes-lərlə yarışmalıdır və bunu etməsi üçün ona fürsət yatarmağa çalışacağıq.

Problem Qalsininn ortalıqda olmamasıdır. Əgər Lyuis pitdən sonra Qaslinin arxasına düşsəydi, əlavə pit-stopa ehtiyac duymayacaqdı. Həm Həmilton, həm də Ferstappen komanda yoldaşları olmadığı üçün özbaşlarına yarışdılar. Ön tərəfdə iki bolidlə yarışa bilməmək bizə zərər verir. Xüsusən də Mühəndislər Kubokunda. Ferrari ilə eyni xalı qazandıq. Amma daha çox qazana bilərdik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*