23 Avqust 2019, Cümə - 04:25

K.Horner: “Rikkardonun təkərləri yeyildiyi üçün Rosberqi keçə bilmədi”

K.Horner: “Rikkardonun təkərləri yeyildiyi üçün Rosberqi keçə bilmədi”

Müəllif: Rauf Hacıyev, redaktor

13:10 - 20 Sentyabr, 2016

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Rikkardo təkərlər yeyildiyi üçün Rosberqə keçə bilməyib…

F-1.az xatırladır ki, Rikkardo Sinqapur yarışının bitməsinə 13 dövrə qalmış SuperSoft təkərlərə keçərək, Rosberqin 25 saniyə gerisinə düşüb. Avstraliyalı sürücü pitdən çıxdıqdan sonra hər dövrə Rosberqlə 3 saniyə fərq bağlamağa başlayıb. Yarışın bitiminə 5 dövrə qalanda fərq 5 saniyəyə qədər azalmışdı. Rikkardo son dövrədə fərqi 0.4 saniyəyə qədər azaltsa da, ikinci yeri tutub.

Kristian Horner: “Daha yaxşısını edə bilməzdik. Niko mükəmməl həftəsonu keçirtdi. Sıralanma turunda çox güclü idi və yarışda əlimizdən gələni etdik. Niko bizim strategiyamıza cavab vermək istəyirdi. Ancaq biz bu qərara son anda gəldik və sürətli pit-stop oldu. Biz bütün hesabatları sürətli şəkildə etdik və sona 1-2 dövrə qalmış Rosberqə çatmalı idik.

Ancaq ilk dövrələrədə təkərləri çox istifadə etdik və sona doğru təkərlər yeyilməyə başladı. 2 saat davam edən yarışda Mercedes-dən yarım saniyə geri qalmaq əla nəticədir.

Ümid edirəm ki, növbəti 6 yarışda əlimizə fürsətlər düşər, ancaq Mercedes bu il bütün traslarda çox güclüdür. Buna görə də qələbə üçün hava, təkər yeyilməsi kimi şeylərə ümid bağlamalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 262
Teqlər , , , ,
Paylaş

logo