İtaliya-2021: Yarış

İtaliya Qran Prisi ardıcıl 3 yarışın sonuncusu olub - həm də mövsümdə ikinci dəfə sprint yarışı sınaqdan keçirilib və bu da sıralanma yarışın start düzümünün sıralanma turunun nəticəsindən xeyli fərqlənməsi ilə nəticələnib.

F-1.az xatırladır ki, cümə günü və dünən baş tutan sərbəst yürüşlərin qalibi Lyuis Həmilton olsa da, sıralanma turunda koanda yoldaşı Valtteri Bottasa məğlub olub. Finlandiyalı sürücümü mükəmməl çıxışını sprint yarışında da davam etdirərək finiş xəttini birinci keçsə də, onun komanda yoldaşı üçün fiasko olub. Lyuis Həmilton ön cərgədən başladığı qısa yarışı yalnız beşinci yerdə başa vura bilib. Valtteri yeni motora keçdiyi üçün yarışa son sıradan başlayacağı əvvəlcədən məlum olub.

Sprint yarışının nəticələrinə əsasən, Ferstappen və Rikkardo ilk, Norris və Həmilton ikinci, Lekler və Sayns isə üçüncü cərgədən start alıblar. Burada qəza edən Qasli də yeni güc qurğusuna keçib və start üçün pit yolunda gözləyib.

Pirelli buraya orta üçlüyü – C2, C4 və C4 tərkiblərini gətirib. Təkər seçimi sərbəst olub. Həmilton, Kubitsa, Bottas və Qasli sərt, qalanlar isə orta təkərlərlə yarışa başlayıblar.

Startda Rikkardo liderliyə yüksəlib, Həmilton Norrisi keçib və Maksa hücumlar etməyə başlayıb. Lakin Max onun yolunu kəsərək çölə çıxmağa məcbur edib və nəticədə Lyuis yenidən Norrisin gerisinə düşüb. Covinatsi Saynsla toqquşmadan sonra trasdan çıxıb və maşını divara vurub. Sonra isə trasa ehtiyatsız qayıtdığı üçün 5 saniyə cəzası alıb. Dərhal pit-stop edərək həm təkərlərini, həm də ön qanadını dəyişdirib. Stroll Fetteli ötərkən onu çölə çıxarıb və alman sürücü bir neçə yer itirməli olub. Tsunoda əyləc probleminə görə mübarizəni dayandırıb. 2-ci dövrədə ilk onluq: Rikkardo – Ferstappen – Norris – Həmilton – Lekler – Sayns – Peres – Stroll -Alonso – Okon.

Bottas sürətlə yüksəlib, artıq beşinci dövrədə Rasselli keçərək 14-cü sıraya qalxıb. Qasli boksa gəlib və mübarizədən çəkilib. AlphaTauri üçün ev yarışı elə ilk dövrələrdən bitib. Ferstappen və Həmilton McLaren sürücülərinə təzyiq etsələr də, onları keçməyə nail olmayıblar. Latifi Okonu keçərək ilk onluğa yüksəlib. 9-cu dövrədə Peres Saynsı, Bottas isə Fetteli üstələyib.

Finlandiyalı sürücü daha sonra Okon və Latifini də keçib və 10-cu olub. Fettel və Okon arasında 15-ci dövrədə yaşanan təmas ikincinin 5 saniyə cəza alması ilə nəticələnib. Valtteri 22-ci dövrəyə qədər Alonso və Strollu da keçərək yüksəlişini davam etdirib. Rikkardo 23-cü dövrədə pit-stop edib. Red Bull məcburi dərhal ona cavab verib, lakin Maksın maşınına xidmət 8 saniyə gecikmə ilə edilib. Məhz bu an Həmilton Norrisi keçərək liderliyə yüksəlib, Latifi və Şumaxer təkərlərini dəyişiblər.

Norris və Mazepin 24-cü, Həmilton, Stroll və Alonso isə 25-ci dövrədə pit yoluna dəvət edilib. Lyuis üçün edilən pit-stop da bir qədər gecikmə ilə baş tutub, lakin o çempionatdakı əsasa rəqibi Ferstappenin qarşısında trasa qayıda bilib. Maks ona hücum edib və döngəyə yanaşı giriblər, lakin ikinci döngənin çıxışında toqquşma baş verib, hər ikisi üçün yarış başa çatıb. Təhlükəsizlik Maşını trasa çıxıb, Lekler, Peres, Sayns, Bottas, Okon, Rassell, Fettel və Kubitsa təzə təkərlər üçün pit-stopa yollanıblar. TM arxasında ilk onluq: Rikkardo – Lekler – Norris – Peres – Sayns – Bottas – Stroll – Alonso – Rassell – Latifi.

Restart 30-cü dövrədə verilib. Rikkardo liderliyini qoruyub, Norris Lekleri geridə qoyub. Haas sürücüləri arasında insident baş verib və Nikita 5 saniyəlik cəza alıb. 32-ci dövrədə Bottas Saynsı, Peres isə Lekleri qabaqlayıb. Trasdan çıxaraq üstünlük əldə etdiyi üçün növbəti 5 saniyəlik cəza da Peresə verilib. Bottas 2 dövrə sonra ikinci cəhdində Lekleri keçməyi bacarıb.

Liderlər qrupunda Rikkardodan başqa hamı DRS-i açsa da, bunun heç bir xeyri olmayıb. Şumaxer Mazepini ötüb, rusiyalı sürücü 40-cı dövrədə pit-stop edib. Lakin 4 dövrə sonra motor güc itirdiyi üçün Ascari döngəsi yaxınlığındakı təhlükəsizlik zonasında maşını saxlayıb. Bottas Peresi ötsə də, meksikalı sürücü yerini qaytara bilib. VTM rejimi təxliyəyə görə bir neçə dəqiqəlik aktiv edilib. Fettel yaşıl işıqlar yandıqdan sonra Kubitsanı ötüb.

Daniel Rikkardo mövsümdə ilk, karyerasında isə 8-ci zəfərini əldə edib. Bu, həm də McLaren üçün 2012-ci ilin son yarışı Braziliya Qran Prisindən bəri ilk qələbədir. Lando Norris ikinci yeri tutaraq komandaya 11 ildən – 2010-cu ildə baş tutmuş Kanada Qran Prisindən sonra ilk dubl gətirib. Yarışa ən arxadan başlayan Valtteri Bottas isə möhtəşəm çıxışı və Peresin cəzası nəticəsində podiumu tamamlayan sürücü olub.

Mübarizə iki həftə sonra Soçidə davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 3 Daniel Rikkardo McLaren 1:21:54.365 1
2 4 Lando Norris McLaren +1.747 1
3 77 Valtteri Bottas Mercedes AMG +4.921 1
4 16 Şarl Lekler Ferrari +7.309 1
5 11 Serxio Peres Red Bull +8.723 1
6 55 Karlos Sayns Ferrari +10.535 1
7 18 Ləns Stroll Aston Martin +15.804 1
8 14 Fernando Alonso Alpine +17.201 1
9 63 Corc Rassell Williams +19.742 1
10 31 Esteban Okon Alpine +20.868 1
11 6 Nikolas Latifi Williams +23.743 1
12 5 Sebastyan Fettel Aston Martin +24.621 2
13 99 Antonio Covinatsi Alfa Romeo +27.216 2
14 88 Robert Kubitsa Alfa Romeo +29.769 1
15 47 Mik Şumaxer Haas +51.088 1

 

* – Serxio Peres trasın hüdudlarından kənara çıxıb üstünlük qazanaraq ötmə etdiyi üçün nəticəsinə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Daniel Rikkardo (McLaren) – 1:24.812 (53-cü dövrə, 245.894 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Nikita Mazepin Haas 44 güc qurğusu
Lyuis Həmilton Mercedes 26 qəza
Maks Ferstappen Red Bull 26 qəza
Pyer Qasli AlphaTauri 5 mexaniki problemlər
Yuki Tsunoda AlphaTauri 1 əyləclər

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 33 Maks Ferstappen Red Bull Racing 226.5
2 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 221.5
3 77 Valtteri Bottas Mercedes-AMG Petronas F1 Team 141
4 4 Lando Norris McLaren Racing 132
5 11 Serxio Peres Red Bull Racing 118
6 16 Şarl Lekler Scuderia Ferrari Mission Winnow 104
7 55 Karlos Sayns Scuderia Ferrari Mission Winnow 97.5
8 3 Daniel Rikkardo McLaren Racing 83
9 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 66
10 14 Fernando Alonso Alpine F1 Team 50
11 31 Esteban Okon Alpine F1 Team 45
12 5 Sebastyan Fettel Aston Martin Cognizant F1 Team 35
13 18 Ləns Stroll Aston Martin Cognizant F1 Team 24
14 22 Yuki Tsunoda Scuderia AlphaTauri Honda 18
15 63 Corc Rassell Williams Racing 15
16 6 Nikolas Latifi Williams Racing 7
17 7 Kimi Rəykkönen Alfa Romeo Racing ORLEN 2
18 99 Antonio Covinatsi Alfa Romeo Racing ORLEN 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 362.5
2 Red Bull Racing Honda 344.5
3 McLaren Racing Mercedes 215
4 Scuderia Ferrari Mission Winnow Ferrari 201.5
5 Alpine F1 Team Renault 95
6 Scuderia AlphaTauri Honda Honda 84
7 Aston Martin Cognizant F1 Team Mercedes 59
8 Williams Racing Mercedes 22
9 Alfa Romeo Racing ORLEN Ferrari 3
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*